...

Azərbaycanda ömürlük məhbusun nikah mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2013 20:25 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Strelyayev Sergey Aleksandroviçin nikah mərasimi keçirilib.
Azərbaycanda ömürlük məhbusun nikah mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Strelyayev Sergey Aleksandroviçin nikah mərasimi keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin müəssisələrində cəza çəkən yaradıcı məhkumlardan olan S.A.Strelyayev çoxsaylı şerləri və nəşr olunmuş kitabları ilə ictimaiyyətə yaxşı tanışdır. Məhbəs həyatı yaşayan insanların yaradıcılıq nümunələri son illər ərzində ictimaiyyətə geniş təqdim olunub, həmin tədbirlərdə millət vəkilləri, görkəmli şair və yazıçılar, xarici ölkə səfirliklərinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Məhkum S.A.Strelyayevin və onun yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Həbsxanada keçirilən tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Qaradağ rayon Qeydiyyat şöbəsinin məsul əməkdaşları, məhkumun anası, yaxın qohumları və tanışları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Nikah mərasimini giriş sözü ilə açan Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov belə tədbirlərin respublikamızda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, ölkə başçısının tapsırıqlarına uygun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat verib.

Çıxış edənlər belə bir tədbirin təşkil olunmasını penitensiar sistemdə əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin təmin olunduğunu qeyd ediblər. Həmçinin, muasir penitensiar infrastrukturun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdışlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti