...

Türkiyədə siqaretə qarşı mübarizə daha da gücləndirilir

Cəmiyyət Materials 4 Noyabr 2013 10:05 (UTC +04:00)
Türkiyədə siqaretə qarşı mübarizə daha da gücləndiriləcək
Türkiyədə siqaretə qarşı mübarizə daha da gücləndirilir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Səhiyyə Nazirliyinin hazırladığı yeni qanun layihəsinə əsasən, siqaretə qarşı mübarizə daha da gücləndiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.

Məlumata görə, hazırlanan yeni qanun layihəsinə əsasən, uşaq parklarında, məscid və xəstəxanaların həyətlərində siqaret çəkmək qadağan ediləcək.

Qanun layihəsində məktəb və məscidlərə 100 metr məsafədə siqaret satışının qadağan edilməsi də nəzərdə tutulur.

Hazırlanan qanun layihəsində kafe və restoranların açıq yerlərində siqaret çəkmək üçün xüsusi otaqların ayrılması, ticarət mərkəzlərinin girişində isə ümumiyyətlə siqaret çəkilməsinin qadağan olunması da yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti