Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İzzət/
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi polkovnik Vidadi Əsgərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə nazirlikdəki mənbədən bildiriblər.
Mənbənin dediyinə görə, həmin vəzifəyə polkovnik Mahmudağa Ağadadaşov təyin edilib.
Qeyd edək ki, bu vəzifədə cəmi 9 ay işləmiş Vidadi Əsgərov bundan əvvəl nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində rəis müavini olub.
Mənbə, həmçinin qeyd edib ki, KİV-də İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərovun da işdən uzaqlaşdırılması haqqında yayılan xəbərlər həqiqətəuyğun deyil. Hazırda o, vəzifəsinin icrasını davam etdirir.