...

Azərbaycanda ötən il yol qəzalarında 81 uşaq ölüb

Cəmiyyət Materials 10 Yanvar 2014 11:40 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda baş verən yol qəzalarında 81 nəfər uşaq ölüb, 268 nəfər isə xəsarət alıb.
Azərbaycanda ötən il yol qəzalarında 81 uşaq ölüb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İzzət/

2013-cü ildə Azərbaycanda baş verən yol qəzalarında 81 uşaq ölüb, 268 uşaq isə xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Hesabat dövründə piyadaların vurulması ilə nəticələnən 1097 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalarda 398 nəfər ölüb, 784 nəfər yaralanıb.

Ötən il Azərbaycanda sərxoş sürücülər tərəfindən 78 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 32 nəfər ölüb, 95 nəfər yaralanıb.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2846 yol nəqliyyat hadisəsi baş verib. Baş vermiş yol qəzaları zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

2012-ci illə müqayisədə hadisələrin sayı 46, ölüm sayı 4, xəsarət alanların sayı 49 fakt azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti