...

Nəqliyyat Nazirliyində kadr dəyişiklikləri olub (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2014 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Bu gün Nəqliyyat Nazirliyində nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi ilə müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyat Nazirliyinin şöbə müdirləri və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bəzi kadr dəyişiklikləri nəzərə çatdırılıb.

Xidmətin rəisi Çingiz Baxışev tutduğu vəzifədən azad edilərək nəqliyyat nazirinin müşaviri təyin edilib. DANX-nin rəisi vəzifəsinə isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Hüseyn Salamov təyin edilib.

Müşavirədə, həmçinin sərnişin və yük daşınmaları sahəsində mövcud vəziyyət müzakirə edilib. Z.Məmmədov bu sahəyə ciddi nəzarət edilməsi, daşıyıcılara xəbərdarlıq edilməsi barədə tapşırıqlar verib.

Nazir lisenziyasız fəaliyyət göstərənlərə qarşı tədbirlərin görülməsi, avtobus və taksi parkının yenilənməsi, müfəttişlərin qanunsuz əməllərinin qarşısının alınması, ehtiyat sürücü bazasının yaradılması, elektron ödəmələrin tətbiqi, avtobusların qrafiklərə uyğun hərəkətinin təmin edilməsi, sərnişinlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı mövcud olan nöqsanların aradan qaldırılması və bu istiqamətdə yeni standartların tətbiqi ilə bağlı ciddi göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti