...

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi 8-ci Bakı Yay Enerji Məktəbini təşkil edir

Cəmiyyət Materials 19 Fevral 2014 17:09 (UTC +04:00)
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşlığı ilə 5-18 İyul 2014-cü il tarixində 8-ci Bakı Yay Enerji Məktəbini keçirəcək.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi 8-ci Bakı Yay Enerji Məktəbini təşkil edir

Azərbaycan, Bakı, 19 fevral /Trend/

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşlığı ilə 5-18 İyul 2014-cü il tarixində 8-ci Bakı Yay Enerji Məktəbini keçirəcək.

Universitetdən Trend-ə verilən məlumata görə, iki həftəlik sertifikat proqramı qlobal və Xəzər enerji, ətraf mühit məsələlərini təhlil etmək və daha yaxşı anlayış əldə etmək üçün dünyanın tanınmış alim, akademik və siyasətçilərini bir araya gətirəcəkdir. Regional boru xətti və enerji təhlükəsizliyinin inkişafı ilə yanaşı, iştirakçılar enerjinin əsasları, enerji hüququ və iqtisadiyyatı, ətraf mühitə təsiri, neft və qaz sənayesində idarəçilik və ARDNŞ-nin strateji perspektivləri kimi məsələlərlə daha geniş tanış olacaqlar.

Bakı Yay Enerji Məktəbi dünyanın hər bir yerindən olan dövlət və özəl sektor rəhbərləriylə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. İştirakçılar Azərbaycanın Xarici İşlər, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirləriylə yanaşı "TAP", "BP", "ExxonMobil", "Total", "Statoil", "LUKOIL" neft şirkətləri rəhbərlərinin əsas natiq olacağı yay məktəbində problemli məsələləri müzakirə etmək fürsəti əldə edəcəklər. Müəllimlərin siyahısı Oxford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya elminin görkəmli mütəxəssisləriylə tamamlanacaqdır.

Ən nəhayət, bu proqram Bakı-Tibilisi-Ceyhan boru xətti, Sanqaçal neft terminalı, Palçıq vulkanları, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyev və dünya şöhrətli Nobel qardaşları muzeyləri kimi Azərbaycanın müasir və keçmiş neft sənayesiylə bağlı olan bənzərsiz yerləri gəzmək üçün inanılmaz istirahət imkanı yaradır.

Proqram tamamlandıqdan sonra iştirakçılar ADA Universitetinin sertifikatlarıyla mükafatlandırılacaqlar.

İştirak və proqram haqqında daha ətraflı məlumat üçün aşağıdakı linki ziyarət edə bilərsiniz: http//www.ccee.ada.edu.az/summerschool

Məqalədə:
Xəbər lenti

Xəbər lenti