...

Türkiyədəki kütləvi etiraz aksiyalarında 98 nəfər xəsarət alıb

Cəmiyyət Materials 14 Mart 2014 11:37 (UTC +04:00)
Dünən İstanbulda 15 yaşlı Berkin Elvanın ölümü ilə əlaqədar keçirilən etiraz aksiyalarında 98 nəfər xəsarət alıb ki, onlardan 22-si polisdir.
Türkiyədəki kütləvi etiraz aksiyalarında 98 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir R.Hafizoğlu/

Dünən İstanbulda 15 yaşlı Berkin Elvanın ölümü ilə əlaqədar keçirilən etiraz aksiyalarında 98 nəfər xəsarət alıb ki, onlardan 22-si polisdir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi İstanbul polisinə istinadən xəbər yayıb.

Aksiyalar zamanı iki bələdiyyə binası, 24 bankomat, 9 özəl ofisə ziyan dəyib.

Martın 11-də Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı Berkin Əlvanın ölümü ilə bağlı təşkil edilib. Bütün bu müddət ərzində komada olan Əlvan çərşənbə axşamı vəfat edib. ən irimiqyaslı aksiyalar İstanbul və Ankarada keçirilib.

Dünən İstanbulda bəzi nümayişçilər tərəfindən polisə atəş açılıb.
Daha sonra bildirilir ki, etiraz aksiyalarında iştirak edən 40 həddi-buluğa çatmamış yeniyetmə də saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti