Azərbaycan, Bakı, 23 mart /Trend/
Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 3-6°, gündüz 10-15° isti olacaq.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanıın temperaturunun gecə 0-5, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.