...

Novruz bayramı günlərində Bakıda yol nəqliyyat hadisələrinin sayı azalıb

Cəmiyyət Materials 27 Mart 2014 11:50 (UTC +04:00)
Novruz bayramı günlərində Bakıda yol nəqliyyat hadisələrinin sayı azalıb.
Novruz bayramı günlərində Bakıda yol nəqliyyat hadisələrinin sayı azalıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Novruz bayramı günlərində Bakıda yol nəqliyyat hadisələrinin sayı azalıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə deyib ki, həmin günlərdə Bakıda hər gün 5-6 yol-nəqliyyat hadisəsi baş verib. O, yol-nəqliyyat hadisələrinin sayının azalmasının səbəbini əsasən, paytaxtda hərəkət edən maşınların sayının azalması ilə izah edib.

Şöbənin baş həkiminin sözlərinə hörə, ümumilikdə Yeni il bayramı günləri ilə müqayisədə Novruz bayramı günlərində stansiyaya edilən çağırışların sayı az olub. Yeni il bayramı günlərində stansiyaya bir gün ərzində 2000, hətta ondan da çox sayda müracitə edilib. Ancaq martın 18-dən bu günədək gün ərzində stansiya orta hesabla 1700 çağırış olub. Gündəlik olaraq, həmin şəxslərin 9-10 faizi xəstəxanalara yerləşidirilib.

Z.Vahidova deyib ki, yalnız martın 23-ü səhər saat 9-dan martın 24-ü səhər saat 9-a kimi stansiyaya daxil olan müraciətlərin sayı əvvəlki günlərlə müqayisədə 10% artıb. Çağırışlar daha çox uşaqlarla və yaşlı nəsildə arterial təzyiqlərin dəyişməsi ilə bağlı olub.

Z.Vahidovanın sözlərinə görə, Novruz bayramı günlərində yalnız 6 nəfər tonqalda yanıq xəsarətləri aldığı üçün təcili tibbi yardım xidmətinə müraciət edib. Onların 5-nə hadisə yerində yardım göstərilib, 1 nəfər 10 yaşlı qız isə aşağı ətraflarından aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Baş həkim ötən illə müqayisədə bu ilki Novruz bayramında tonqaldan yanıq xəsarətı alan şəxslərin sayının da az olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti