...

Azərbaycan arxeoloqları alman və gürcü həmkarları ilə əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 2 Aprel 2014 14:21 (UTC +04:00)
Azərbaycan arxeoloqları alman və gürcü həmkarları ilə əməkdaşlıq edəcəklər.
Azərbaycan arxeoloqları alman və gürcü həmkarları ilə əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan arxeoloqları alman və gürcü həmkarları ilə əməkdaşlıq edəcəklər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, İnstitutla Almaniyanın "Bochum" Dağ-Mədən Muzeyi və Gürcüstanın Milli Muzeyi arasında eneolit - erkən tunc dövrü Cənubi Qafqaz paleometallurgiyasının və keramikasının kompleks tədqiqinə dair əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma görə, 2014-2016-cı illər arasında Almaniyanın "Bochum" Dağ-Mədən Muzeyinin təşkilatçılığı ilə Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın qərb və Gürcüstanın şərq bölgələrində arxeometallurgiya təyinatlı çöl-tədqiqat ekspedisiyalarının keçirilməsi nəzərdə tutulur.

Qarşılıqlı razılaşma əsasında muzey fondlarından seçilmiş paleometal və keramika nümunələri Almaniyanın qabaqcıl elmi laboratoriyalarında müasir texnologiyalardan istifadə ilə analiz ediləcək. Əməkdaşlıq çərçivəsində Azərbaycanın və Gürcüstanın gənc tədqiqatçı kadrlarının hazırlanması və ixtisaslaşması üçün Almaniyada mütəmadi olaraq paleometallurgiya və qədim keramika üzrə ixtisaslaşma treninqləri keçiriləcək. 2016-cı ildə isə tədqiqatların yekunları Bakı və Tbilisidə keçiriləcək beynəlxalq elmi konfranslarda təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti