...

Hadisə və Mustafa Ceceli Gəncədə konsert verib (FOTO)

Cəmiyyət Materials 8 May 2014 12:42 (UTC +04:00)
Dünən 7 may tarixində Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli Gəncə şəhərində keçirilən ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində iştirak ediblər.
Hadisə və Mustafa Ceceli Gəncədə konsert verib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Dünən 7 may tarixində Türkiyənin məşhur müğənniləri Hadisə və Mustafa Ceceli Gəncə şəhərində keçirilən ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş bayram konsertində iştirak ediblər.

Heydər Əliyev park-kompleksində təşkil edilmiş konsertdə müğənnilər iki saata yaxın davam edən çıxışları zamanı ən hit mahnılarını ida ediblər. Hadisəylə Mustafa Ceceli sonda Azərbaycan xalqına sürpriz ediblər. Belə ki, onlar musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan "Sən elə bir zirvəsən" mahnısını ifa ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər rəhbərliyi atəşfəşanlıq sədalarında səsləndirilən bu mahnını ayaq üstə alqışlayıblar.

Konserti Gəncə şəhəri və ətraf rayonlardan gələn 200 000 cox insan canlı izləyib.

Qeyd edək ki, konsert Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ulu öndər Heydər Əliyevin 91 illik ad günü və "Gül bayramı" münasibətilə təşkil olunub.

Həmin kadrları təqdim edirik:

https://www.youtube.com/watch?v=6Pi4m3hMrbo

Məqalədə:
Xəbər lenti

Xəbər lenti