...

Azərbaycanda din xadimlərinə vahid geyim forması tətbiq ediləcək

Cəmiyyət Materials 13 May 2014 12:24 (UTC +04:00)
Onun sözlərinə görə, neçə vaxtdır dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılıb.
Azərbaycanda din xadimlərinə vahid geyim forması tətbiq ediləcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

"Bir ay ərzində din xadimlərinin vahid geyim məsələsi həllini tapacaq". Trend-in məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev deyib.

Onun sözlərinə görə, neçə vaxtdır dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılıb.

V.Məmmədəliyev İslam Universitetinin diplomlarının tanınmaması məsələsinə də toxunub: "İslam Universitetinə artıq status verilib, magistratura və aspiranturada bu universitetin diplomları niyə tanınmır? Bu məsələ də həllini tapmalıdır".

İlahiyyatçı bildirib ki, dini sahədə maarifləndirmə Qafqaz Müsəlmanları İdarəsinin istədiyi səviyyədə deyil.

V.Məmmədəliyev, həmçinin qeyd edib ki, şəhidlik statusu din xadimləri vasitəsi ilə cəmiyyətə başa salınsa, Suriyaya gedən olmaz: "Şəhidlər Vətən, namus, din yolunda həyatını fəda edənlərdir. Pul üçün döyüşənlərə şəhid deyilə bilməz. Biz başqa ölkənin işinə niyə qarışırıq? Özünü belə qəhrəman sayırsansa, Qarabağda partizan kimi döyüş, Suriyaya niyə gedirsən?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti