Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda mülayim hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyunun 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Hava əsasən yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında iyunun 6-da havanın temperaturu 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.