...

"Bakının Birİncisi-2014" YUBİLEY turniri keçiriləcək (FOTO)

Cəmiyyət Materials 5 İyun 2014 17:33 (UTC +04:00)
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və “Azərbaycan” İntellektual Oyunlar Klubu “Bakının Birİncisi-2014” YUBİLEY adlı “Nə? Harada? Nə Zaman?” üzrə intellektual festivalın keçirilməsinə hazırlaşır.
"Bakının Birİncisi-2014" YUBİLEY turniri keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və "Azərbaycan" İntellektual Oyunlar Klubu "Bakının Birİncisi-2014" YUBİLEY adlı "Nə? Harada? Nə Zaman?" üzrə intellektual festivalın keçirilməsinə hazırlaşır.

Layihənin baş koordinatoru Ayan Bəşirzadənin məlumatına görə, yarışma 5 iyul 2014-cü il tarixində keçiriləcək. İştirak üçün ərizələrin qəbuluna artıq başlanıb və iyunun 20-nə kimi davam edəcək.

Turnirdə iştirak üçün yaş həddi 29-dur. 1984-cü il tarixində anadan olmuş və 30 yaşı iyulun 5-dən tez olmayaraq tamam olan şəxslər turnirdə iştirak üçün müraciət edə bilərlər.

Qeyd edək ki, ərizədə komandanın adı, iştirakçıların adı, soyadı, təvəllüdü və əlaqə nömrələri qeyd olunmalıdır. İştirak ərizəsi ilə birgə şəxsiyyət vəsiqəsinin surəti tələb olunur. Bütün ərizələr [email protected] ünvanına göndərilməlidir.

Xatırladaq ki, "Bakının Birİncisi" yarışması-2010" adlı "Nə? Harada? Nə Zəman?" gənclərarası yarışı 13 fevral 2010-cu ildə, "Bakının Birİncisi-2011" 16 Aprel 2011-ci ildə, "Bakının Birİncisi-2012" 12 may 2012-ci ildə keçirilib, Bakının Birİncisi-2013" isə 5 iyul 2013-cü ildə keçirilib.

Əlavə edək ki, bu turnir Beynəlxalq Klublar Assosiasiyasında lisenziya alıb və təşkilatın rəsmi tədbirlər siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti