...

ADA Universiteti və Pekin Dillər və Mədəniyyət Universiteti arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 3 İyul 2014 15:10 (UTC +04:00)
ADA Universiteti və Pekin Dillər və Mədəniyyət Universiteti arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
ADA Universiteti və Pekin Dillər və Mədəniyyət Universiteti arasında anlaşma memorandumu imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Elçin Mehdiyev/

ADA Universiteti və Pekin Dillər və Mədəniyyət Universiteti arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, memorandum 29 iyun-6 iyul tarixlərində ADA Universitetinin nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində imzalanıb.

Səfərin məqsədi ADA Universitetini təbliğ etmək, tələbə və müəllim heyətinin mübadiləsi, çinli tələbələrin ADA-ya cəlb edilməsi və yay məktəbləri, konfranslar kimi birgə layihələr vasitəsilə Çin universitetləri ilə əməkdaşlıq yollarını araşdırmaq, "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" adlı kitabın təqdimatını keçirmək, o cümlədən enerji və ətraf mühit məsələləri ətrafında ikitərəfli münasibətləri müzakirə etmək idi.

Səfər çərçivəsində nümayəndə heyəti Pekin Dillər və Mədəniyyət Universiteti, Pekin Dövlət Universiteti, Çin Beynəlxalq Münasibətlər İnstitutu, Çin Diplomatiya Akademiyası, Konfutsi İnstitutu və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiyaşünaslıq İnstitutunun rəsmiləri ilə görüşlər keçirib və müzakirələrdə iştirak ediblər.

Nümayəndə heyətinə ADA-nın prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin tədris işləri üzrə prorektorunun müavini Anar Vəliyev, ADA-nın tədqiqatçısı Taleh Ziyadov, ADA Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Rəhman Şahhüseynli və Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Rəşad Kərimov daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti