...

Bakıda I Avropa Oyunları ilə bağlı yeni avtomobil yolunun tikintisinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 10 İyul 2014 09:36 (UTC +04:00)
I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq başlanılıb.
Bakıda I Avropa Oyunları ilə bağlı yeni avtomobil yolunun tikintisinə başlanılıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1 səviyyəli qovşaqdan götürməklə Stend Atıcılığı İdman Kompleksinə qədər uzanacaq 1-ci texniki dərəcəli 4 zolaqlı avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcək.

Layihə üzrə çiyinlərin eni 2,5 m, ayrıcı zolağın eni isə 1 m olacaq.

Hazırda ərazidə torpaq-qazma və torpaq tökmə işləri davam etdirilir.

Müasir işıqlandrma sistemi ilə təhciz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna 2 zolaqlı birləşmə də planlaşdırılır. Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinınə, eyni zamanda respublikanın şimal, şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin 20 Yanvar dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti