...

Kolleclərə qəbul olunanların qeydiyyatı başladı

Cəmiyyət Materials 14 İyul 2014 11:45 (UTC +04:00)
Bu gündən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.
Kolleclərə qəbul olunanların qeydiyyatı başladı

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gündən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən bildirir ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər iyulun 14-dən 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə məlumatı daxil olduqları orta ixtisas təhsili müəssisəsindən əldə etməlidirlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul olanlar siyahısından xaric ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti