...

Təcridxanada nikah mərasimi keçirildi (FOTO)

Cəmiyyət Materials 14 İyul 2014 18:35 (UTC +04:00)
Bakıda istintaq təcridxanasında nikah mərasimi baş tutub.
Təcridxanada nikah mərasimi keçirildi (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bakıda istintaq təcridxanasında nikah mərasimi baş tutub.

Trend Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 3 saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Bu gün təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nikahı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti