...

Silahlı Qüvvələrin hərbi qulluqçuları arasında səmti müəyyən etmə yarışları başlayıb

Cəmiyyət Materials 22 İyul 2014 18:09 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyən etmə yarışları başlayıb.
Silahlı Qüvvələrin hərbi qulluqçuları arasında səmti müəyyən etmə yarışları başlayıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyən etmə yarışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışda 13 komandanın 60-a yaxın hərbi qulluqçusu ərazidə səmti müəyyən edərək güclərini sınayacaqlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçiriləcək yarışlar iyulun 27-də mükafatlandırma mərasimi ilə sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti