...

Bu il Azərbaycanda 176 nəfər orta məktəbi qızıl medalla başa vurub

Cəmiyyət Materials 11 Avqust 2014 17:34 (UTC +04:00)
2013-2014-cü dərs ilində Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.
Bu il Azərbaycanda 176 nəfər orta məktəbi qızıl medalla başa vurub

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

2013-2014-cü dərs ilində Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, təhsil naziri Mikayıl Cabbarov "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında" əmr imzalayıb.

Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası" əsasında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti