Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Emil İsmayılov/
Dünən axşam Bakıda 71 saylı sərnişin avtobusundan düşən gəncin ölümü ilə bağlı bədbəxt hadisəyə yol-nəqliyyat hadisəsi kimi baxmaq lazım deyil.
Bu barədə cümə günü Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, gənc yıxılması nəticəsində başının asfalta dəyməsindən aldığı zərbədən vəfat edib.
Həsənov deyib: "Amma onun yıxılması avtobusdan düşməsindən sonra baş verib".
Şöbə müdirinin sözlərinə görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri avtobus sürücüsünə qarşı heç bir iddia irəli sürməyiblər, təkcə onun sənədlərini yoxlayıblar.
Hazırda bu faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.