...

Gəncədə Avropa Gənclər Parlamentinin Baş Assanbleyasının rəsmi açılışı olub

Cəmiyyət Materials 23 Avqust 2014 16:44
Gəncədə Avropa Gənclər Parlamentinin Baş Assanbleyasının rəsmi açılışı olub
Gəncədə Avropa Gənclər Parlamentinin Baş Assanbleyasının rəsmi açılışı olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 avqust /Trend/

"ASAN könüllülər" Gənclər Təşkilatı və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılğı ilə Gəncədə keçirilən "Arzuladığımız dünyanı innovativ gələcəklə quraq" adlı forumun baş assanbleyasının rəsmi açılışı Heydər Əliyev Mərkəzində keçirilib.

Trend-in məlumatına görə, iclasda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 15 ölkədən gələn 70 nəfərədək gənci salamlayaraq tədbirin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilən Gəncədə keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan ilə Avropa ölkələri arasında inteqrasiya, bilik və mübadilə proseslərini gücləndirmək, Azərbaycan gənclərinin ictimai fəallığını və sosial layihələrdə iştirakını gücləndirmək məqsədilə keçirilən forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər fondunun icraçı direktoru Fərhad Hacıyev, Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin 1-ci Beynəlxalq forumunun prezidenti Koka Kapanadze çıxış edərək Azərbaycanda aparılan gənclər siyasəti sahəsində qazanılan uğurlardan danışaraq bildiriblər ki, Azərbaycan bu sahədə indi bir çox ölkələrə nümunədir və bu sahədə əldə olunan nailiyyətlərin nəticəsidir ki, Gəncə 2016-cı il Avropa Gənclər Pataxtı seçilib.

Sonra Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin 1-ci Beynəlxalq Forumunun Baş Assambleyasının qətnamələrinin müzakirəsinə başlanılıb. Xarici qonaqların da iştirak etdiyi müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınmaqla yekun qərar qəbul edilib. Bununla da forum işinə yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti