...

Bakıda bəzi istiqamətlərdə xətlərə əlavə avtobuslar buraxılır

Cəmiyyət Materials 15 Sentyabr 2014 10:29 (UTC +04:00)
Yeni dərs ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib.
Bakıda bəzi istiqamətlərdə xətlərə əlavə avtobuslar buraxılır

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Yeni dərs ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, şəhərdaxili və şəhərlərarası avtobus nəqliyyatı sistemi, eləcə də Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

N.Həsənov həmçinin qeyd edib ki, Bakıda şəhərdaxili nəqliyyatda sərnişinlərin çoxluğunun müşahidə edildiyi, ehtiyac duyulan istiqamətlərdə xətlərə əlavə avtobuslar buraxılır.

Katibliyinin rəisi bildirib ki, gücləndirilmiş iş rejimi bir neçə gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti