...

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2014 13:52 (UTC +04:00)
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içdikdən sonra hərbi marşın sədaları altında tribuna önündən keçiblər.

Sonra valideyinlər hərbi məktəbdə kursantlar üçün yüksək səviyyədə yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti