...

İntiqam Babayev: Ermənistan nümayəndələrinin Qəbələ forumunda iştirakı gözlənilir

Cəmiyyət Materials 2 Oktyabr 2014 14:50 (UTC +04:00)
Bu gün Qəbələdə "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb.
İntiqam Babayev: Ermənistan nümayəndələrinin Qəbələ forumunda iştirakı gözlənilir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Bu gün Qəbələdə "Nifrət Nitqinə Yox Hərəkatı" Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb. Trend-in məlumatına görə, forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə keçirilir.

Görüş iştirakçıları irqçilik və internet diskriminasiyası ilə mübarizə kampaniyasının nəticələrini və gələcək addımları müzakirə edirlər, həmçinin internetin idarə edilməsi prosesləri haqqında gənclərin rolu və fikirləri haqqında da danışılacaq.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev forumda bu tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, forumda Avropanın 47 ölkəsindən təqribən 250 nümayəndə iştirak edir: "Üstəlik, gələcəkdə layihədə Avropa ilə əlaqəsi olmayan Tacikistan, Meksika və digər ölkələrin iştirakı planlaşdırılır".

İ.Babayev ümid etdiyini bildirib ki, forum çərçivəsində keçirilmiş müzakirələr dini, milli, irqi və digər əlamətlər üzrə niftət probleminin həllinə müsbət təsir edəcək.

Nazir müavini jurnalistlərə bildirib ki, Ermənistan nümayəndə heyəti də forumun işində iştirak etmək üçün dəvət alıb: "Avropa Şurası çərçivəsində, üstəlik Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründəki layihələrdə iştirak etməklə biz dini, milli və ya digər əlamətlər üzrə hər hansı ölkənin respublikamızda keçirilən tədbirlərdə iştirakına heç bir məhdudiyyət qoya bilmərik. Ermənistan nümayəndələri də foruma dəvət olunub və onların panel müzakirələrdə iştirakı gözlənilir".

Bu kampaniya Avropa Şurası tərəfindən keçirilir və 2012-ci ildən keçirilən "Nifrət nitqinə qarşı onlayn hərəkat" layihəsinin tərkib hissəsidir. Azərbaycan 2013-cü ildən bu kampaniyaya qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti