...

Moskvada "MDB ölkələri gənc arxeoloqlar məktəbi"ndə Azərbaycanın arxeoloji abidələri nümayiş etdirilib (FOTO)

Cəmiyyət Materials 17 Oktyabr 2014 10:16 (UTC +04:00)
Moskvada “MDB ölkələri gənc arxeoloqlar məktəbi”ndə Azərbaycanın arxeoloji abidələri nümayiş etdirilib.
Moskvada "MDB ölkələri gənc arxeoloqlar məktəbi"ndə Azərbaycanın arxeoloji abidələri nümayiş etdirilib (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Moskvada "MDB ölkələri gənc arxeoloqlar məktəbi"ndə Azərbaycanın arxeoloji abidələri nümayiş etdirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin gənc arxeoloqlar məktəbinin növbəti seminarları keçirilib. Rusiya Federasiyasının maliyyə dəstəyi ilə keçirilmiş seminarlarda Rusiya, Azərbaycan və Orta Asiya dövlətlərində gənc arxeoloqların apardıqları tədqiqat işləri əks etdirilib.

Ölkəmizi bu seminarlarda A.Ağalarzadə ilə yanaşı, Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Dmitri Kiriçenko da təmsil edib. Gənc alimlərin "Talış-Muğan mədəniyyəti: öyrənilmə tarixi və son tədqiqatlar" adlı məruzəsi maraqla qarşılanıb: "Bizim tədqiqat obyektimiz olaraq Yardımlı rayonu ərazisindəki son tunc - ilk dəmir dövrü kurqan və daş qutu nekropolları seçilmişdir. Azərbaycanın cənub bölgəsinin kifayət qədər zəngin abidələrinin mövcudluğu ilə tanınmış Yardımlı rayonunda son tədqiqatlar zamanı kurqan və daş qutu qəbirlərinin təyini və qismən tədqiqi bölgənin tunc - erkən dəmir dövrü abidələrində geniş miqyaslı arxeoloji qazıntıların aparılması lüzumunu yaratmışdır. Tunc, erkən dəmir və antik dövr abidələrinin sıx və eyni zamanda qarışıq olduğu rayonun arxeoloji irsinin tədqiqinə böyük ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti