...

"Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti daha effektli olacaq"

Cəmiyyət Materials 3 Noyabr 2014 18:11 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbüllə görüşüb.
"Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti daha effektli olacaq"

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbüllə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. N.İbrahimov son illər güclənən Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi qurumla Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin arasında əlaqələrin inkişaf etdirilməsinin də vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, bu halda Azərbaycan və Türkiyə diasporları arasında koordinasiya daha effektli qurula bilər.

Q.Bülbül isə öz növbəsində, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin daha effektli olacağını bildirib. O, xüsusilə türk dünyasını narahat edən beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqedən çıxış etməyin böyük əhəmiyyət daşıdığını vurğulayıb və tədricən Azərbaycan və Türkiyə diasporlarının birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətinə nail olduqlarını da qeyd edib.

Türkiyə diasporunun Xocalı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan diasporunun isə ermənilərin qondarma soyqırım iddialarına qarşı mübarizədə fəal iştirak etdiyini deyən Q.Bülbül birgə fəaliyyətin və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, bu ilin fevral ayında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Q.Bülbül Bakıya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, bir sıra digər dövlət qurumlarında və türk icmalarında da görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti