...

Bakıda aşan yük maşınının vurduğu ziyanın məbləği məlum oldu

Cəmiyyət Materials 6 Noyabr 2014 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ötən gün Zığ-Aeroport şosesində hava limanından Zığ dairəsi istiqamətinə gedən yolun 19-cu kilometrliyində baş vermiş yol qəzası nəticəsində dəyən ziyanın miqdarı bəlli olub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, qəzanın baş verdiyi ərazi dərhal təmizlənib, qaldırıcı kran vasitəsilə aşan avtomobil ərazidən uzaqlaşdırılıb: "Sürücü hadisə yerini tərk etdiyi üçün protokol tərtib edə bilmədik".

P.Mürsəliyev qeyd edib ki, 24 poqonmetr əyri xətli tir sıradan çıxıb: "Yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti