Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, həmin vəzifəyə artıq yeni təyinat aparılıb. M.Rzayev isə başqa vəzifəyə keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə açıqlamasında sözügedən məlumatı təsdiqləyib.
Qeyd edək ki, Gəncə şəhər Səhiyyə İdarəsi Səhiyyə Nazirliyinin strukturuna tabe olan qurumdur. Onun rəhbəri yerli icra hakimiyyəti orqani ilə razilaşdırılmaqla nazirin əmri ilə vəzifəsindən azad edilir və ya təyin edilir.