Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı paytaxtda buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıda buraxılış imtahanlarının Oyunlardan əvvəl keçirilməsi nəzərdə tutulsa da, dəqiq tarix hələ müəyyənləşdirilməyib. Hazırda bununla bağlı müzakirələr aparılır: "Biz artıq öz təkliflərimizi Təhsil Nazirliyinə təqdim etmişik. TN də təkliflərini verdikdən sonra vaxt açıqlanacaq. Yanvarın sonunda bütün ölkə üzrə buraxılış imtahanlarının keçirilməsi tarixləri elan olunacaq".