...

Hərbi Liseydə intellektual bilik və istedadlar yarışının açılışı olub (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2014 20:21 (UTC +04:00)
Hərbi Liseydə intellektual bilik və istedadlar yarışının açılış mərasimi keçirilib
Hərbi Liseydə intellektual bilik və istedadlar yarışının açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tağımlar arasında "Yurdumuzun tarixi" intellektual bilik və istedadlar yarışının təntənəli açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tarix dərnəyinin kursantlarının aparıcılıq etdiyi tədbiri layihə müəllifi, liseyin tarix müəllimi Azad Əliyev giriş sözü ilə açıq elan edib.

Birinci yarımfinal yarışı zamanı kursantlar tərəfindən "Azərbaycan tarixi" fənnindən biliklər nümayiş olunub, həmçinin istedadlar yarışında xalq mahnı və rəqsləri ifa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti