...

Azərbaycanda yeni dərmanların hazırlanması üçün laboratoriya yaradılacaq

Cəmiyyət Materials 2 Dekabr 2014 15:40 (UTC +04:00)
Azərbaycanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyası yaradılacaq.
Azərbaycanda yeni dərmanların hazırlanması üçün laboratoriya yaradılacaq

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyası yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələri elan edilib. Müsabiqəyə 177 layihə daxil olub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 166 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində 2 pilot, 42 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihə olmaqla cəmi 46 qalib layihə müəyyənləşdirilib.

Qalib layihələr AMEA təşkilatlarında (30), ali təhsil müəssisələrində və digər qurumlarda (16) yerinə yetiriləcək. 2 layihə Naxçıvanda, 1 layihə isə Gəncədə reallaşdırılacaq.

Böyük maliyyə həcmli bir pilot layihəsi üzrə Azərbaycanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıqla bağlı müasir elmi tədqiqat laboratoriyasının yaradılması Fond tərəfindən maliyyələşdiriləcək. Digər bir pilot layihə üzrə isə Azərbaycan ərazisində fundamental coğrafi tədqiqatların və Xəzər dənizi ekosisteminin kompleks monitorinqinin həyata keçirilməsinin maddi-texniki bazasının gücləndirilməsi nəzərdə tutulur.

5 layihə beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetiriləcək. Onlardan biri elmi tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti