Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda kursantlar ictimai işlərə və inzibati cəriməyə cəlb edilməyəcəklər.
Trend xəbər verir ki, bununla bağlı Milli Məclisdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilməsi nəzərdə tutulur.
İXM-in 15.3-cü maddəsinə ediləcək əlavəyə görə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursanlarına ictimai işlər və və inzibati cərimə tətbiq edilə bilməz. Xüsusi təyinatlı təhsil müəssisələrinin kursanlarına ictimai işlərə cəlb edilə bilməməsi 28-1.3.5-ci maddədə də əks olunub.
15.3-cü maddənin "Qeyd" hissəsinə edilən əlavəyə görə isə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursanları da hərbi qulluqçu hesab ediləcəklər.