...

Azərbaycan sərhədçiləri axtarışda olan 223 nəfəri tutublar

Cəmiyyət Materials 10 Dekabr 2014 17:44 (UTC +04:00)
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 19 halda 25 nəfər saxlanıb.
Azərbaycan sərhədçiləri axtarışda olan 223 nəfəri tutublar

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 19 halda 25 nəfər saxlanıb. Onların 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, 4 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Türkiyə, 3 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası və Moldova vətəndaşı olub.

DSX-dən Trend-ə verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 18 nəfər, Xəzər dənizində 15 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər ğörülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 20 kiloqram 791 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 73 halda ümumi dəyəri təqribən 553 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd 16 mm-lik tüfəng, 7 ədəd 16 mm-lik patron, 3 ədəd tapança, pnevmatik tapança üçün 1000 ədəd patron və 2 ədəd qaz balonu, 1 kq barıt, 44 342 ədəd pirotexniki vasitə, 1,3 kq qızıl zinət əşyaları, 6092 qutu siqaret, 2 ədəd rezin qayıq, 264 ədəd mobil telefon, müxtəlif dərman preparatları və istehlak malları saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti