...

Bakıya ilk qar yağıb

Cəmiyyət Materials 8 Yanvar 2015 08:03 (UTC +04:00)
Bu gün səhər saat 5:00 radələrindən başlayaraq Bakıya ilk qar yağıb.
Bakıya ilk qar yağıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Bu gün səhər saat 5:00 radələrindən başlayaraq Bakıya ilk qar yağıb. Bir neçə saat içində yer hissə-hissə ağ örpəyə bürünüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.

Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti