...

Yenə yağış, yenə külək

Cəmiyyət Materials 12 Fevral 2015 12:47 (UTC +04:00)
Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək, Bakıda fasilələrlə yağış yağacaq.
Yenə yağış, yenə külək

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək, Bakıda fasilələrlə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, fevralın 13-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 13-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz saatlarında bəzi rayonlarda yağıntılarda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti