Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanın regionlarında insanların pulsuz müayinə olunması üçün aksiya keçiriləcək. Bu barədə Trend-ə Respublika Diaqnostika Mərkəzindən (RDM) məlumat veriblər.
Mərkəzdən bildirilib ki, Novruz bayramı günlərində RDM-in həkimləri regionlarda əhalinin pulsuz müayinəsini həyata keçirəcəklər. Müayinələr tanınmış həkimlər tərəfindən həyata keçiriləcək.
Bununla yanaşı, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə martın 1-dən 10-dək bir sıra tibbi xidmətlərin - ultrasəs müayinəsi, laborator analizlər və həkim müayinəsinin qiymətlərində müəyyən güzəştlər ediləcək. Martın 9-dan 19-dək isə bütün növ tibbi xidmətlərə 50 faiz endirim olacaq.