...

Hava gah isinəcək, gah soyuyacaq

Cəmiyyət Materials 6 Mart 2015 12:22 (UTC +04:00)
Azərbaycanda sabah havanın temperaturu bəzi yerlərdə 20 dərəcəyədək yüksəlsə də, martın 8-də temperatur nisbətən enəcək.
Hava gah isinəcək, gah soyuyacaq

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda sabah havanın temperaturu bəzi yerlərdə 20 dərəcəyədək yüksəlsə də, martın 8-də temperatur nisbətən enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Martın 8-də isə Bakıda şimal küləyinin güclənəcəyi gözlənilir və temperatur nisbətən enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti