...

Azərbaycanda 13 mərkəzi icra orqanının informasiya sistemləri tam şəkildə FİN-ə uyğunlaşdırılıb

Cəmiyyət Materials 14 Mart 2015 15:24 (UTC +04:00)
Azərbaycanda informasiya sistemlərinin fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdırılması prosesi sürətlə davam etdirilir.
Azərbaycanda 13 mərkəzi icra orqanının informasiya sistemləri tam şəkildə FİN-ə uyğunlaşdırılıb

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycanda informasiya sistemlərinin fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdırılması prosesi sürətlə davam etdirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Trend-ə verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Ədliyyə, Səhiyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Gömrük, Əmlak Məsələləri Dövlət komitələri, Dövlət Sərhəd Xidməti, Dövlət Sosial Müdafiə Fondu daxil olmaqla təxminən 13 mərkəzi icra orqanında informasiya sistemləri tam olaraq FİN-ə uyğunlaşdırılıb.

Hazırda "Azərsu" ASC, "Azəristiliktəchizat" ASC, "Azəriqaz" İB, "Azərişıq" ASC-nin mülkiyyətində olan informasiya sistemlərində abunəçilərə dair fərdi məlumatların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindəki məlumatlarla qarşılaşdırılaraq FİN-ə uyğunlaşdırılması istiqamətində müvafiq işlər aparılır.

Analoji proses Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin informasiya sistemi ilə də aparılır.

Eyni zamanda hər üç mobil operator ilə də bu sahədə əməkdaşlıq edilir.

Qeyd edək ki, FİN - dövlət reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti