Azərbaycan, Bakı, 16 mart /Trend/
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin II kurs rus bölməsinin tələbəsi Məmmədov Ulucay Akif oğlu (Ulucay Akif) Türkiyənin "Vətən" və "Sabah" qəzetlərinin birgə layihəsi olan Nazim Hikmət Ranın xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin qalibi olub.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, "Genc şairlerden serbest ve kısa şiirler" layihəsində iştirak edən Ulucay Akif "Bir fincanlıq sevgi" şeiri ilə müsabiqəyə qatılıb. Müsabiqənin qalibi münsiflər heyəti tərəfindən seçilərək birinci yerə layiq görülüb.
Qeyd edək ki, U.Akif 5 ildir ki, yaradıcılıqla məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər Klubunun, Türkdilli Gənclər Birliyinin yaradıcılıq departamentinin, Axın poeziya klubunun üzvüdür. Bir sıra yerli mətbuat orqanlarında tərcüməçi və jurnalist fəaliyyəti ilə məşğul olur. Jurnalsitika futbol komandasının üzvüdür. Şahmat oynamaq, musiqi ilə məşğul olmaq hobbiləri sırasındadır. 2014-cü ildə BDU-da "İlin ən yaxşı tələbəsi" seçilib.
Müəllifinə birincilik qazandıran şeir:
Belki buluşalım, ne dersin?
Seninle bir fincan çay içmek için
Ömrümü feda ederdim inan.
Çay bitdikden sonra gitsen de olur,
Bir fincanlık buluşalım.
Üşüyen ellerimi sıcak fincan,
Kalbimise gülüşün ısıtsın.
Çok şey istemiyorum aslında.
Bir fincanlık sohbet,
Bir kaşıklık mutluluk yeter.