...

Qanunsuz parklanmalar şəhəri (VİDEO)

Cəmiyyət Materials 9 Aprel 2015 16:21 (UTC +04:00)
Bakının bəzi küçə və prospektləri boyunca avtomobillərin qanunsuz park edilməsi digər nəqliyyat vasitələrinin yollarda hərəkətinə ciddi əngəllər törədir.
Qanunsuz parklanmalar şəhəri (VİDEO)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının bəzi küçə və prospektləri boyunca avtomobillərin qanunsuz park edilməsi digər nəqliyyat vasitələrinin yollarda hərəkətinə ciddi əngəllər törədir.

Trend xəbər verir ki, 20 Yanvar dairəsi, Alı Mustafayev, Cavadxan, 20 Yanvar, Əbdülvahab Salamzadə küçələri, eləcə də digər küçə və prospektlərdə avtomobillərin yolların kənarında qanunsuz saxlanması ucbatından bu ərazilərdə nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşir, bəzi hallarda isə ümumiyyətlə keçilməz olur, yollarda nəqliyyatın süni sıxlığı və uzun tıxaclar yaranır. Paytaxtın 3-cü mikrorayon dairəsi isə artıq demək olar ki, günün bütün saatlarında keçilməz olur.

Bəzi sürücülər hətta Yol Patrul Xidməti əməkdaşlarından da çəkinməyərək onların gözü qarşısındaca qanunsuz hərəkətlərə yol verirlər.

Sürücülərdən bir çoxu isə avtomobilləri təkcə yol kənarlarında icazə verilməyən yerlərdə saxlamaqla kifayətlənmir, maşınlarını səkilərə dırmaşdıraraq piyadaların da hərəkətinə mane olurlar. Bu zaman piyadalar səki ilə getmək əvəzinə avtomobil yoluna çıxmalı olurlar ki, bu da onların həyatlarını təhlükə altına alır.

Ərazidə dayanacaqların olmasına baxmayaraq, avtomobillərin necəgəldi parklanması əhalidə narahatlıq və narazılıq yaradır.

Xatırladaq ki, həm Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülərə dayanma-durma, parklanma qaydalarının pozulması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib, bununla əlaqədar cəza tədbirləri görülüb. Buna baxmayaraq, paytaxtda hələ də qanunsuz parklanmaların qarşısını almaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti