...

Türkiyənin Sivas şəhərinin Azərbaycan bölgəsi ilə qardaşlaşması təklif edilib (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2015 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Türkiyənin Sivas şəhərinin Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşmasını təklif edib.

Trend-in məlumatına görə, Q.Paşayeva Sivasa səfəri zamanı Sivas valisi Alim Barut ilə görüşüb.

Sivas Cumhuriyyet Universiteti və Türk Ocaqlarının dəvəti ilə Sivasa gəldiyini deyən və Q.Paşayeva Sivas valisi Alim Barutu Azərbaycana dəvət edib.

Deputat Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib: "Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Sivasın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti