...

Azərbaycan elmi dilindəki terminlərin terminoloji bazası yaradılır

Cəmiyyət Materials 29 Aprel 2015 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan elmi dilindəki terminlərin daha düzgün işlədilməsi üçün terminoloji baza yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən AMEA-nın ümumi yığıncağında çıxış edən Akademiyanın akademik-katibi Rasim Әliquliyev deyib. Onun sözlərinə görə, bu baza həm də elmi dilimizin inkişafina səbəb olacaq.

R.Әliquliyev bildirib ki, virtual məkandan son vaxtlar dilimizə daxil olan çoxlu sayda sözləri azərbaycanlaşdırmaq lazımdır.

AMEA Dilçilik İnstitutunun direktoru Tofiq Haçıyev isə bildirib ki, əvvəllər dissertasiyalar Azərbaycan dilindən daha çox rus dilində yazılırdı, indi isə istedadlı alimlər dissertasiyalarını ingilis dilində yazırlar. T.Hacıyev təklif edib ki, alimlər müdafiə üçün ingilis dilində yazdıqları elmi əsərləri Azərbaycan dilinə də tərçümə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti