...

Akademik: "Ümummilli lider Heydər Əliyev Azərbaycanın xilaskarıdir"

Cəmiyyət Materials 9 May 2015 12:52 (UTC +04:00)
"Heydər Əliyev Azərbaycanı bəlalardan xilas elədi, indiki inkişaf məcrasına yönəldi. Hazırda isə onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev bu işi davam etdirir".
Akademik: "Ümummilli lider Heydər Əliyev Azərbaycanın xilaskarıdir"

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlkin İzzət/

"Heydər Əliyev Azərbaycanı bəlalardan xilas elədi, indiki inkişaf məcrasına yönəldi. Hazırda isə onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev bu işi davam etdirir".

Trend xəbər verir ki, bunu akademik, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-dini şurasının rəhbəri Vasim Məmmədəliyev bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.

V.Məmmədəliyev deyib ki, Heydər Əliyev Azərbaycanın keşməkeşli vaxtında yenidən hakimiyyətə gəldi: "Ölkədə demək olar ki, idarəetmə yox idi, həyat iflic vəziyyətdə idi. O, belə bir vəziyyətdə xalqın israrlı tələbi ilə hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycanda həm mənəvi mühiti, həm də iqtisadiyyatı dirçəltdi. Ölkə böyük sürətlə inkişaf etdi".

Akademikin fikrincə, ulu öndərin dinə, mənəviyyata böyün önəm verməsinin bir göstəricisi də odur ki, o, prezident kimi ikinci xarici səfərini böyük nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanına etdi: "O zaman Heydər Əliyev Məkkədə Kəbəni ziyarət etdi. Fəxri qonaqlar dəftərinə rəy yazdı. O, qeyd etmişdi: "Bu mənim çoxdan bəri ürəyimdə bəslədiyim arzum idi. Allahın əzəmətinə şükür edirəm ki, onun böyüklüyünü bir daha dərk etdim".

V.Məmmədəliyevin sözlərinə görə, Heydər Əliyevin dinə olan sevigisi onun İslama böyük sevginin olduğu ailədə böyüməsindən irəli gəlir: "Heydər" Həzrəti Əlinin (ə) ləqəblərindən biri idi. Atasının adı Əlirza idi. Qardaşı Həsənə böyük imamımızın adı qoyulub. Bu özü onu göstərir ki, bu ailədə İslama necə böyük dəyər və sevgi olub".

Akademikin fikrincə, ulu öndər həm də ona görə böyük şəxsiyyət idi ki, o, bağışlaya bilirdi: "O, qeyd edirdi ki, mənə olan pisliklərin hamısını unutmuşam. Hamısını bilirəm, amma hamısını da bağışlayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti