...

Osloda keçirilən "Bələdiyyə günü"ndə azərbaycanlılardan xüsusi fəallıq (FOTO)

Cəmiyyət Materials 15 May 2015 16:06 (UTC +04:00)
Osloda keçirilən “Bələdiyyə günü”ndə azərbaycanlılar da təmsil olunub.
Osloda keçirilən "Bələdiyyə günü"ndə azərbaycanlılardan xüsusi fəallıq (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlkin İzzət/

Osloda keçirilən "Bələdiyyə günü"ndə azərbaycanlılar da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Oslo şəhərinin Saqene bələdiyyəsində keçirilən "Bələdiyyə günü" tədbirində iştirak edib. Hər il minlərlə ziyarətçinin iştirak etdiyi tədbir Oslonun mərkəzi rayonlarından biri hesab olunan Saqene bələdiyyəsinin ən fəal siyasi, ictimai, mədəni təşkilatları ilə görüşmək, əlaqələr qurmaq baxımından çox böyük əhəmiyyətə malikdir. "Bələdiyyə günü"ndə Saqenedə fəaliyyət göstərən Norveçin bütün siyasi partiyalarının nümayəndələrinə, bu ilin sentyabr ayında keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş siyasətçilərə və rayon administrasiyasının təmsilçilərinə Azərbaycan həqiqətləri barədə geniş məlumat verilib.

"Bələdiyyə günü"ndə informasiya baxımından digərilərindən fərqlənən NAYO-nun stendində Azərbaycan həqiqətlərini əks etdirən kitablar, jurnallar, həmçinin suvenirlər, xalçalar nümayiş etdirilib.

Tədbir çərçivəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasəsi Könül Qocayevanın milli geyimdə Azərbaycan rəqsini ifa etməsi ziyarətçilərin böyük marağına səbəb olub.

Təşkilatın tədbirdə iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi "Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği" layihəsi çərçivəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti