...

Bakının yeni "Boulevard Hotel Baku" mehmanxanası (FOTO)

Cəmiyyət Materials 27 May 2015 15:37 (UTC +04:00)
“Absheron Hotel Group” “Boulevard Hotel Baku” mehmanxanasının Bakı-2015 Avropa Oyunları ərəfəsində baş tutmuş açılışı barədə elan edib.
Bakının yeni "Boulevard Hotel Baku" mehmanxanası (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

"Absheron Hotel Group" "Boulevard Hotel Baku" mehmanxanasının Bakı-2015 Avropa Oyunları ərəfəsində baş tutmuş açılışı barədə elan edib.

Hotel "Marriott" brendinin xüsusi portfeli sayılan eksklüziv otel və kurortların cəmləşdiyi "Autograph Collection"un rəsmi üzvüdür.

Adını dənizkənarı parkdan almış və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən "Boulevard Hotel" qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. Bakının "Ağ Şəhər" qəsəbəsinin tam mərkəzində qərarlaşan və paytaxtı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə birləşdirən əsas magistral yolun üzərində yerləşən "Boulevard Hotel" Azərbaycanda ən böyük konfrans tutumuna malik hotel kimi fəaliyyət göstəriri. "Boulevard Hotel" paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli nöqtədə yerləşir və qonaqlara vaxtın səmərəli keçirilməsi üçün hər cür imkanlar təklif edir.

Hotel idarəçiliyi üzrə yeni fəaliyyətə başlamış "Absheron Hotel Group" tərəfindən idarə olunan "Boulevard Hotel Baku" mehmanxanası şirkətin Azərbaycanda açılan dörd hotelindən biridir. Birinci hotel 2013-cü ilin dekabr ayında "Şahdağ" yay-qış turizm kompleksində açılışı baş tutmuş və "Absheron Hotel Group"un flaqmanına çevrilən "Pik Palace Şahdağ" (167 otaq) hotelidir. Digər iki hotel isə "Park Chalet Şahdağ" (164 otaq) və "Intourist Hotel Baku" (150 otaq) hotellərdir.

Bakı dənizkənarı bulvarı boyunca, şəhərin əsas əyləncə və istirahət obyektlərinin yaxınlığında yerləşən "Boulevard Hotel Baku"da qonaqlara 818 ecazkar rahatlığa malik otaq təklif olunur. Hotelin qonaq otaqları döşəmədən tavanadək olan pəncərələrindən Xəzər dənizinə açılan möhtəşəm mənzərələri, işgüzar və ya istirahət məqsədilə gələn qonaqların rahatlığını təmin edəcək müasir üslublu mebel və komfortlu yataqları ilə öyünə bilər.

Hotelin restoranlarından biri olan "a la carte" sistemli və açıq havada yerləşən terrasa malik "Black City Café"dir. Qonaqlara müxtəlif növ mətbəx nümunələri təklif edən kafe əsasən burger və steyk üzrə ixtisaslaşıb. "Black City Café" dostlarla yığışmaq və ya özəl tədbirlər keçirmək üçün əla məkandır.

"The White City Lounge" sözügedən hotelin lobbisində yerləşən və 24 saatlıq xidmət təklif edən eleqant məkandır. Burada kiçik restoran, bar, istirahət üçün rahat qoltuqlu kürsülər və açıq havada Xəzər dənizi mənzərəli terras yerləşir.

"The Green House Kitchen" isə hotelin əsas restoranı olaraq qonaqlara beynəlxalq səhər yeməyi bufeti, nahar və lanç üçün Aralıq dənizi mətbəxi nümunələrini təklif edir. 450-dək ziyarətçini qəbul etmək imkanında olan restoran qonaqlar üçün açıq mətbəxə malikdir. Restoranın interyeri təbiətin gözəlliyini ehtiva etməklə "Baku White City" ərazisinin Xəzər dənizi sahilində yerləşən ekoloji baxımdan təmiz və ən cazibədar əraziyə çevrilməsi tarixini təcəssüm etdirir.

Hotelin sağlamlıq mərkəzi ən müasir tələblərə cavab verən fitnes və Sap xidmətləri təklif edir. Burada 25 metrlik qapalı üzgüçülük hovuzu, sauna, hamam və ən müasir ləvazimatlarla təchiz olunmuş idman zalı fəaliyyət göstərir. Hotelin əlverişli ərazidə yerləşməsi sayəsində qonaqlar Bakı Bulvarı boyunca qaça və Xəzər dənizinə açılan gözəl mənzərədən zövq ala bilərlər.

"Boulevard Hotel Baku"da fəaliyyət göstərən spa mərkəzi qonaqlara fiziki, zehni və ruhən cavanlaşmağa, qüvvələrini bərpa etməyə imkan verəcək xidmətlər təklif edir. Spa mərkəzinin menyusuna müalicəvi masajdan başlayaraq, Böyük Britaniyanın aparıcı dəbdəbəli spa və dəriyə qulluq vasitələri istehsalçısı olan "Elemis" məhsulları ilə dəri üçün nəzərdə tutulmuş prosedurları da özündə birləşdirən müxtəlif növ xidmətlər daxildir. Məhz bu xidmətlər sayəsində qonaqlar gündəlik yorğunluq və stressdən azad ola biləcəklər.

"Boulevard Hotel Baku" iştirakçılarının sayı 1 000-dən çox müxtəlif formatlı tədbirlərin keçirilməsi üçün ümumi ərazisi 1 300 kvadrat metr olan böyük, sütunsuz və gün işığı ilə işıqlanan ziyafət zalını qonaqlara təqdim edir. Ziyafət zalı 500 nəfərlik toy mərasimləri və 700 nəfərlik qala gecələrin təşkil olunması üçün hər cür şəraitə malikdir. Binanın içərisində yerləşən ecazkar bağça, foye və nisbətən kiçik sahəyə malik altı otaq hotelin möhtəşəm ab-havasını tamamlayır. Kiçik otaqlar müxtəlif miqyaslı görüşlərin, treninqlərin, təqdimatların, müsahibə və özəl şam yeməklərin keçirilməsi üçün nəzərdə tutulub.

"ABSHERON Hotel Group"

"ABSHERON Hotel Group" Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli hotel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı "ABSHERON Hotel Group"un təsis olunmasını şərtləndirib və buna təkan verib. Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir. "ABSHERON Hotel Group"un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir. "Absheron Hotel Group" 2013-cü ilin dekabr ayında açılışı olmuş "Pik Palace" və 2015-ci ilin fevral ayından fəaliyyət göstərən "Park Chalet Shahdag" hotellərinin də idarəçisidir. Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com

"Autograph Collection"

"Autograph Collection"un prizması Kolorado dağlarında 15 otaqlı butik hotellərdən Praqada XIX əsrə aid neoklassik saray stilli hotellərədək geniş çeşidli hotellər qrupudur. Əminliklə demək olar ki, hər bir hotel keyfiyyəti, orijinallığı, güclü tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq "Autograph Collection"un fərqli hotellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti