...

Bu il 500-ə yaxın əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib

Cəmiyyət Materials 29 May 2015 15:32 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin yanvar-aprel aylarında müvafiq tibbi göstərişi olan 491 nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib.
Bu il 500-ə yaxın əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin yanvar-aprel aylarında müvafiq tibbi göstərişi olan 491 nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan dövrdə Mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin eyni zamanda 269 ədəd aşağı ətraf və 37 ədəd yuxarı ətraf protezləri, 129 ədəd ortez-korset, 51 ədəd döş protezi, 781 cüt ortopedik ayaqqabı, 137 ədəd eşitmə aparatı, 7069 yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib. Həmçinin əlilliyi olan şəxslərə məxsus 217 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib. Yanvar-aprel aylarında əlilliyi olan şəxslər ümumilikdə 9590 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında son 4 ayda 190 nəfər əlilliyi olan şəxsə protezləşməyə hazırlanma və protezlə hərəkət edilmənin öyrədilməsi ilə bağlı müvafiq xidmətlər göstərilib, o cümlədən onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası istiqamətində bərpa-müalicə işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti