...

BANM tələbələri Çində Azərbaycanı layiqincə təmsil ediblər (FOTO)

Cəmiyyət Materials 3 İyun 2015 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Fidan Səlim-zadə və Ümid Tərlanlı Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən "Gələcək neft-qaz mühəndislərinin forumu"nda "SPE Azerbaijan"-ın (Neft-qaz mühəndisləri cəmiyyəti) sponsorluğu ilə iştirak ediblər.

BANM-dan Trend-ə verilən məlumata görə, bu beynəlxalq tədbirdə bir sıra tanınmış şəxslər, "SPE"təşkilatının prezidenti Natan Mihan,"SPE"Çin bölməsinin prezidenti Zanq Ley, həmçinin Avropa və Asiyanın, o cümlədən Avstraliyanın ali təhsil müəssisələrini təmsil edən tələbələr iştirak ediblər.

Forum çərçivəsində iştirakçılar üçün bir sıra tədbirlər təşkil olunub. Tələbələr öz ölkəsi, təmsil etdiyi ali təhsil müəssisəsi ilə bağlı təqdimatlarla çıxış ediblər. Baki Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi, həmçinin "SPE"-nin BANM bölməsinin prezidenti Fidan Səlim-zadə təqdimatla çıxış edərək təmsil etdiyi bölmə haqqında forum iştirakçılarını məlumatlandırıb. O, eyni zamanda,BANM-in fəaliyyətindən söz açıb, Ali Məktəbin beynəlxalq əlaqələri haqqında məlumat verib. Fidan Səlim-zadə cəmiyyətin BANM-dəki fəaliyyətindən də danışıb. O, həmçinin "SPE"-nin digər bölmələrindən də söz açaraq, bu cəmiyyətin Azərbaycandakı ümumi fəaliyyəti haqqında geniş məlumat verib.

Tələbələr forum çərçivəsində keçirilən müxtəlif yarışlarda iştirak ediblər, keçirilən "Neft-qaz mühəndisliyi üzrə bilik yarışı"nda BANM-ı təmsil edən komanda yarımfinala vəsiqə qazanıb.

Forum çərçivəsində keçirilən "Mədəniyyət günü"ndə Azərbaycan təmsilçiləri Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələri, musiqisi, incəsənəti, milli dəyərləri, həmçinin Azərbaycan mətbəxihaqqında geniş məlumat veriblər. BANM-inNeft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ümid Tərlanlı tədbir iştirakçılarınaAzərbaycan haqda geniş məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışıb, Ermənistanın Azərbaycana qarşı qəsbkarlıq siyasətindən söz açıb. Bundan əlavə, o, Azərbaycanın qədim tarixi haqqında geniş məlumat verib.

Tədbirin bədii hissəsində Ümid Tərlanlı Azərbaycan milli rəqsininümayiş etdirib. Azərbaycan milli musiqisi və rəqsiauditoriyada geniş maraq oyadıb, tədbir iştirakçıları buçıxışı gurultulu alqışlarla qarşılayıblar. Tədbirdə, həmçinin Azərbaycan milli mətbəxinə aid müxtəlifnümunələr, şirniyyat təqdim olunub. Tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı tədbir iştirakçılarında böyük maraq oyadıb, onların Azərbaycanı daha yaxından tanımasına imkan yaradıb. Hətta bəzi xarici ölkə nümayəndələri gələcək beynəlxalq tədbirlər çərçivəsində Azərbaycana gələrək ölkəmizi daha yaxından tanımağa maraq göstərdiklərini dəqeyd ediblər. Tədbirdə iştirak edən qonaqlar Azərbaycanın təqdimatının digər ölkələrdən daha maraqlı keçdiyini və bu ölkənin onlarda daha çox maraq oyatdığını bildiriblər.

Qeyd edək ki, tədbirdə ölkəmizin bəzi digər ali məktəblərinin tələbələri də iştirak ediblər.

Tədbir zamanı xarici tələbələrə Azərbaycanla bağlı suallar verilib və qalib gələn iştirakçılara Azərbaycanı xarakterizə edən müxtəlif hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti