...

Akif Əlizadə: "Biz nə üçün qərbşünaslıqla məşğul olmuruq?"

Cəmiyyət Materials 3 İyun 2015 16:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti alimlərə yeni sahə - qərbşünaslıq elmi üzrə araşdırmalara başlamağı tövsiyə edib.
Akif Əlizadə: "Biz nə üçün qərbşünaslıqla məşğul olmuruq?"

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti alimlərə yeni sahə - qərbşünaslıq elmi üzrə araşdırmalara başlamağı tövsiyə edib.

Akademiyanın prezidenti Akif Əlizadə Trend-ə bildirib ki, sovet dövrü ərzində Azərbaycanda şərqşünaslıq bir elmi istiqamət kimi öyrənilib və hazırda da bu sahədə araşdırmalar davam edir: "Şərqşünaslıq elmi Azərbaycan elmi üçün çox vacib istiqamətdir. Biz bununla sovet dövründə də məşğul olmuşuq və indi də oluruq. Amma indi Azərbaycan müstəqil ölkədir və bu araşdırmalar genişlənməlidir".

A.Əlizadə alimlərə müraciət edərək qeyd edib ki, bu gün həm şərqşünaslıq elmi üzrə araşdırmaların əhatə dairəsini genişləndirmək, həm də qərbşünaslıq elmi ilə məşğul olmaq lazımdır: "Biz nə üçün şərqşünaslıq deyəndə, Yaponiya, Koreya, Malayziya, Sinqapurla məşğul olmuruq? Bu gün nə üçün qərbşünaslıqla məşğul olmuruq? Qərbşünaslığı da öyrənmək lazımdır".

O, qeyd edib ki, AMEA-da yeni elmi müəssisələr yaradılır, amma bu, yalnız müasirlik naminə edilmir: "İndi elm olduqca sürətlə inkişaf edir, dəyişikliklər baş verib. Azərbaycan elmi də bu dəyişikliklərin sürətinə çatmalıdır. Yeni istiqamətlər üzrə tədqiqatlar aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti