Dövlət Komitəsindən azanla bağlı bölücülük edən dini icmalara sərt xəbərdarlıq

Dövlət Komitəsindən azanla bağlı bölücülük edən dini icmalara sərt xəbərdarlıq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət/

"Biz inzibatçılıq edərək bölücülük edən dini icmaların fəaliyyətini dayandıra, QMİ ilə birgə həmin məscidə qarşı qanunla bağlı işlər görə bilərik. Biz və QMİ öz səlahiyyətləri çərçivəsində təzyiqlər göstərə bilərik. Amma bu, təzyiqsiz olmaldır. Din xadimlərimiz bir-birini başa düşməlidir".

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mubariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.

Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycanda azan vaxtını başqa ölkələrin vaxtına uyğunlaşdırmaq düzgün deyil: "Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanun var. Bu qanun bu sahədə hər şeyi tənzimləyir. Azərbaycan müstəqil dövlətdir. Biz Qurani-Kərimə, Peyğəmbərin (ə.s) qoyduğu yola riayət edən bir millətik. İçimizdə başqa dinlərin nümayəndələri var. Onlara da dözümlü yanaşırıq, eyni zamanda, dövlət onları himayə edir və yardım edir. Belə bir şəraitdə Azərbaycandakı azan vaxtını kiməsə baxıb, hansısa ölkənin vaxtına uyğunlaşdırmaq olmaz. Biz müstəqiliksə, dini idarəçiliyimiz də müstəqil olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi bizdədir və bu bizim üstünlüyümüzdür. Biz işıq saçmalıyıq, bizdən kimsə götürməlidir, biz buradan kadrlar göndərməliyik. Azan vaxtı ilə bağlı QMİ-nin təqvimi var. Bu təqvim ola-ola nəyə görə hansısa rayonda buna əməl etməməlidirlər?"

Onun fikrincə, bu bölücülük böyük faciələrə gətirib çıxara bilər: "Biz hər şeyi inzibati yolla etməməliyik. Bir-birimizi başa düşməliyik. Bizim vahid dövlətimiz olduğuna görə, bizim vahid təhsil sistemimiz olduğu kimi, vahid dini sistemimiz də var. Biz hansısa yeni dini model yaratmayacağıq ki. Qurani-Kərimimiz var, Peyğəmbərimiz (ə.s.) var. Din dəyişə bilməz. Dində hansısa millətə aid yeni model yaratmaq, millətə aid məscid yaratmaq olmaz. Bu, mümkün deyil. Din vahiddir, bütövdür. Biz hamımız eyni dinin daşıyıcılarıyıq. Namaz vaxtlarını ayırmaq bölücülüyə gətirib çıxarır. Bölücülük isə başqa ölkələrdəki faciələrin başlanğıcı sayıla bilər. Həmin faciələrin, bölücülüyün başlanğıcı bundan qaynaqlanıb".

M.Qurbanlı qeyd edib ki, bəzi maraqlı qüvvələr İslamın daxilində qarşıdurmalar yaradırlar: "Onlar bunu görmürlərmi? Son 15 ildə dünyada silahlı münaqişələrdə 1,8 milyon adam ölüb. Onun 80 faizi İslam ölkələrində həlak olub. Özü də bu ölənlər başqa dinlərlə münaqişələrdə olmayıb. Onların əksəriyyətində müsəlmanlar "Allahu Əkbər!" deyərək bir-birilərini öldürüblər. Bu azan vaxtı məsələsi də sadə məsələ deyil. Həmin ölkələrdəki məsələlərin başlanğıcına gedəndə birinci görürsən ki, məsələlər elə bundan başlayıb. Mən azanı nə vaxt verdim, sən nə vaxt verdin? Sən Ramazan bayramını nə vaxt qeyd elədin, mən nə vaxt elədim? Bunun qaydaları var. Bizim dinimiz bunu müəyyənləşdirib".

"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Loading Bars
Xəbər lenti
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Bütün xəbərlər